Təhsil Haqqı

Kanadada təhsil almağın xərcləri

Xaricdə təhsil üçün yeri seçərkən nəzərə alınmalı ən vacib faktorlardan biri cəmi təhsil və yaşayış xərcləridir.

Təhsil haqları

Kanadada təhsil beynəlxalq tələbələr üçün nisbətən daha əlçatandır.

Kanadada təhsil haqları proqram, universitet və əyalətlər üzrə fərqlidir. Əsasən, hüquq və tibb üzrə peşəkarlar məktəblərdə və MBA proqramında təhsil haqları daha yüksəkdir.

Bakalavr səviyyəsi üçün təhsil haqqı: illik 6,000 – 25,000 Kanada dolları

Magistr səviyyəsi üçün təhsil haqqı: illik 6,500 - 32,000 Kanada dolları 

Kanadada proqramın müddəti bakalavr səviyyəsi üçün 3-4 il, magistr səviyyəsi üçün isə 1-2 il arasında dəyişir.

Yaşayış xərcləri

Yaşayış xərcləri fərqlidir və həyat tərzinizdən və yaşadığınız şəhərdən asılıdır. Vankuver və Monreal kimi böyük şəhərlərdə yaşayış xərcləri daha yüksəkdir.

Yaşayış xərclərinə mənzil xərcləri, sağlamlıq sığortası, ərzaq, camaşırxana, kommunal xidmətlər, geyim, sosial ekskursiya, səyahət və əyləncə daxildir.

Təxmini yaşayış xərci: illik 4800 – 9600 Kanada dolları 

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri