Viza üçün müraciət

Viza üçün müraciət

Tələbə icazəsi (Kanadaya Tələbə Vizası)

Tələbə icazəsi (tələbə vizası) akkreditasiya olunmuş kollec, universitet və ya digər təhsil müəssisəsinin əyani tələbəsi kimi Kanadanın ərazisinə daxil olmağa icazə verir.

Tələbə icazəsi ala bilmək üçün tələbə dərəcə, diplom və ya sertifikat verən, bununla yanaşı Kanadanın federal və yerli hökumətindən beynəlxalq tələbələri qəbul etməsinə icazə verilən təhsil müəssisələrinin proqramına qəbul olmalıdır.

Aşağıdakı 6 mərhələ Kanadaya tələbə icazəsi almaq üçün istiqamət verir:

Mərhələ 1: Viza ilə bağlı məsləhətlər

Müraciətiniz göndərildikdən dərhal sonra IDP məsləhətçiniz sizə viza ilə bağlı məsləhətlər verəcək və bələdçilik edəcəkdir. Nəticədə Kanadanın Ali Komissiyasının tələb etdiyi akademik, maliyyə və digər sənədləri toplamaq üçün sizin kifayət qədər vaxtınız olacaqdır.

Mərhələ 2: Viza sənədlərinin toplanması

Məsləhətçiniz Kanadaya tələbə icazəsinin alınması üçün topladığınız sənədləri yoxlayacaqdır. Tələbə icazəsi almaq üçün əsasən aşağıdakı sənədlər tələb olunur:

  • Pasport
  • Pasport ölçüsündə şəkillər
  • Şərtsiz qəbul məktubu
  • Ödəmələrin edilməsinə dair çeklər (tövsiyə olunur)
  • Təqaüdə dair məktub (varsa)
  • Təhsil müəssisəsi ilə bağlı müvafiq yazışmalar
  • Maliyyə sənədləri
  • Akademik sənədlər
  • Test balları
  • İş təcrübəsi ilə bağlı sertifikatlar (varsa)
  • Tibbi arayış (tibbi müayinədən artıq keçilibsə)

Məsləhətçiniz tələbə icazəsi üçün müraciət formasını doldurarkən yarana biləcək suallarınızı cavablandıracaqdır.

Mərhələ 3: Əyalət təlimatlarının nəzərdən keçirilməsi

Kvebek əyalətində yerləşən institutda təhsil almaq qərarına gəlsəniz, Qəbul haqqında Sertifikat (CAQ) üçün müraciət etməli olacaqsınız. Viza üçün müraciət etmədən əvvəl məsləhətçiniz viza prosesi barədə sizə məsləhətlər verəcəkdir.

Mərhələ 4: VFS Kanada vasitəsilə müraciətin göndərilməsi

IDP məsləhətçiniz bütün sənədlərinizi yoxladıqdan sonra, müraciətinizi təqdim etməli olduğunuz ən yaxın VFS Kanada ofisinin ünvanını sizə bildirəcək. Kanadanın Ali Komissiyası yalnız VFS vasitəsilə müraciətləri qəbul edir. Tələbə icazəsi almaq üçün iki ödəniş etməlisiniz, birincisi, tələbə icazəsi almaq üçün müraciət haqqı, ikincisi isə VFS-in xidmət haqqıdır.

Əgər SPP çərçivəsində tələbə vizası üçün müraciət edirsinizsə, VFS-dən tibbi arayış formalarını götürərək Kanadanın Ali Komissiyasının siyahısında olan həkimlərin yanında tibbi müayinədən keçməlisiniz. Həkim tibbi arayışı möhürlənmiş zərfin içərisində sizə təqdim edəcəkdir. Həmin zərfi tələbə icazəsi üçün ərizə forması ilə birlikdə VFS-ə təqdim etməlisiniz. 

Əgər SPP çərçivəsindən kənar tələbə vizası üçün müraciət edirsinizsə, tibbi müayinədən ərizənizi verdiyiniz zaman və ya daha sonra, Kanada Ali Komissiyası sənədinizi təsdiq etdikdən sonra keçə bilərsiniz. Yalnız tibbi müayinə təsdiqləndikdən sonra sizin pasportunuza viza vurulacaqdır.

Mərhələ 5: Əlavə məlumat və ya sənədlərin təmin olunması

Kanada Ali Komissiyası sizin sənədlərinizi nəzərdən keçirməyə başladıqda, əlavə sənədlərə ehtiyac yarana bilər. Bu zaman sizin IDP məsləhətçiniz tələb olunan sənədlər barədə sizə məlumat verəcəkdir.

Mərhələ 6: Tələbə icazəsi ilə bağlı qərar

Sizin vizanızla bağlı qərar qəbul etdikdən sonra Kanada səfirliyi pasportunuzu VFS-ə göndərəcəkdir. VFS isə pasportunuzu poçt vasitəsilə beş iş günü ərzində viza üçün müraciət formasında göstərdiyiniz ünvana göndərəcəkdir. İstədiyiniz təqdirdə pasportu VFS ofisindən özünüz götürə bilərsiniz. IDP məsləhətçiniz sizin tələbə icazənizi yoxlayacaq və səfər öncəsi vacib rəsmi məsələlər barədə məsləhətlər verəcəkdir.

Unutmayın ki, IDP məsləhətçiniz əvvəldən axıra kimi sizə köməklik edəcək və istiqamət göstərəcəkdir və Kanadada təhsil almaq üçün tələbə icazəsi almaq şansınızı artıracaqdır.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri