Təhsil Sistemi

Avstraliya təhsil sistemi aşağıdakı kimi bölünür:

Universitet

Universitet Avstraliyada bakalavr və magistratura təhsilinin ən yüksək səviyyəsidir. Avstraliyada cəmi 41 universitet fəaliyyət göstərir, onlardan 38-i dövlət (hökumət tərəfindən maliyyələşdirilir), üçü isə özəldir. Siz Avstraliyada bakalavr və ya magistratura və fəlsəfə doktoru səviyyəsində təhsil ala bilərsiniz.

Peşə təhsili

Bu təhsil müəssisələri müxtəlif təşkilatlar ilə sıx əməkdaşlıq edir. Ona görə də, bu müəssisələrin təklif etdikləri kurslar praktikaya və peşəkar təcrübəyə əsaslanır. Peşə təhsili dövlətin maliyyələşdirdiyi TAFE (Texnikum və Əlavə Təhsil) müəssisələrində və özəl institutlarda tədris olunur. Bir çox kurslar universitetə qəbul üçün yaxşı zəmin yaradır. 

Məktəb

Məktəb təhsili 6-15 yaşlı uşaqlar üçün məcburi hesab olunur, universitetə qəbul imtahanları adətən 18 yaşında verilir. Avstraliya məktəbləri dövlət (hökumət) və ya özəl (dini və ya müstəqil) olur.

İngilis dili

İngilis dili kurslarına təhsil, səyahət, immiqrasiya və ya biznes məqsədləri üçün qəbul olurlar. Avstraliyada təqribən yüzə yaxın özəl ingilis dili kursu mərkəzləri fəaliyyət göstərir. Bəzi yüksək reytinqli Avstraliya universitetləri və TAFE müəssisələri də ingilis dili kursları təklif edir.

Avstraliyada akademik il

Məktəb şagirdləri üçün təhsil ili fevral ayının əvvəlində, peşə təhsili və universitet tələbələri üçün fevral ayının sonu-mart ayının əvvəlində başlayır. Əksər məktəblərin tədris proqramı üç və ya dörd semestrdən ibarət olur. Universitet və peşə məktəblərində isə iki semestr olur və hər semestrin sonunda iyun və noyabr aylarında imtahanlar keçirilir. Semestrlər arasında iki-dörd həftə arasında tətil olur. Ən uzun tətil isə noyabr və ya dekabr ayından fevral ayına qədər davam edir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri