Təhsil Sistemi

BK-da təhsil 16 yaşa qədər bütün uşaqlar üçün məcburidir. BK təhsil sistemi iki ayrı kurs və kvalifikasiya sistemindən ibarətdir və bunlar bir-biri ilə uyğundur. Sistemlərdən biri İngiltərə, Uels və Şimali İrlandiya tərəfindən, digəri isə Şotlandiya tərəfindən tətbiq olunur.

BK təhsil sistemi aşağıdakı səviyyələrdən təşkil olunmuşdur:

Məktəbəqədər, ibtidai və orta təhsil

Məktəb səviyyəsində iki məktəb növü vardır və bunlar dövlət və özəl məktəblərdir. Bunların hər ikisi son nəticə olaraq tələbələri GCSE və ya ona ekvivalent kvalifikasiyalar üçün hazırlayır. Məktəbəqədər təhsil əsasən 3-4 yaş üçündür, ibtidai təhsil 5-11, orta təhsil isə 16 yaşa qədərdir.

Universitetə qədərki təhsil

Bu səviyyədəki təhsil adətən məktəblər, altıncı sinif kollecləri və daha yüksək təhsil kollecləri tərəfindən verilir. Kursların növlərinə AS səviyyəsi, A-səviyyəsi, Şotland Yüksək və s. ekvivalentlər daxildir.

Peşə təhsili

Peşə təhsili bacarıqlara əsaslanan və iş oriyentasiyalı kurslara əsaslanır. Kvalifikasiyalara BTEC diplomları, peşə A-səviyyələri və s. ekvivalentlər daxildir. Bu kurslar əsasən yüksək təhsil kolleclərində  keçilir. Bu kursların özünəməxsus cəhəti mümkün fənn seçimlərinin çox olması və tələbələrin akademik bacarıq və təcrübəsinə əsaslanan çevik qəbuldur. Nəticələrdən asılı olaraq tələbələr bakalavr dərəcələrinə keçə bilərlər.

Yüksək Milli Sertifikat/Diplom və Təməl dərəcələri kimi kvalifikasiyalar işə götürülmə ilə bağlı yüksək təhsil kvalifikasiyalarıdır. Bu kvalifikasiyalar tələbələrə öz nəticələrinə əsasən bakalavr dərəcəsinin ikinci və ya üçüncü ilinə keçmək imkanı verir.

Bakalavr kvalifikasiyaları

Bakalavr dərəcələri adətən universitetlərdə və yüksək təhsil kolleclərində tədris olunur. Bu dərəcələrin əksəriyyəti, Şotlandiya müstəsna olmaqla, 3 ildir. Şotlandiyada isə dərəcələr 4 ildir. Sənayedə yerləşdirilməni içinə alan bakalavr dərəcələri bir il uzundur və adətən sendviç kursu kimi tanınır. Tibb, stomatologiya və memarlıq kimi kurslar daha uzundur və adətən 5 ilə yaxındır.

Magistr kvalifikasiyaları

Magistr kursları tədris və ya tədqiqat xarakterli olur. Tədris proqramlarına magistr sertifikatı, magistr diplomu və əyani magistr daxildir. Tədqiqat proqramlarına tədqiqat magistri və doktorluq daxildir. Tədris proqramlarının müddəti 9-12 ay arasında dəyişir və tədqiqat proqramlarının müddəti 1-4 ildir.

Yaş həddi

Təhsil səviyyəsi

3 dən 16-ya qədər

  Məktəbə qədər, ibtidai və orta təhsil

17 - 21

  Universitetə qədərki təhsil

  Peşə təhsili

18-19-dən  21-26-ya qədər

(kursun növündən asılı olaraq)

  Bakalavr kvalifikasiyaları

 

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri