10 Asan Addım

Məsləhətləşmə və qiymətləndirmə

Bizim təhsil məsləhətçilərimiz sizin akademik profiliniz, iş təcrübəniz, kursa qəbul tələbləri, əlavə maraqlarınız və büdcə məhdudiyyətləriniz əsasında sizə məsləhət verəcəklər. Onlar həmçinin sizin tələbə vizası almaq hüququnuzu qiymətləndirəcək və kursunuzun əlavə qəbul tələbləri (məsələn, IELTS/GMAT) haqqında sizə məlumat verəcəklər.

Müraciətin göndərilməsi

IDP məsləhətçiləri sizə müraciət sənədlərini toplamağa və müraciət formalarını doldurmağa kömək edəcəklər.  Müraciətlər adətən ya vahid müraciət forması vasitəsilə bir neçə təhsil müəssisəsinə göndərilir, ya da normadan asılı olaraq müxtəlif formalar doldurulur. Müraciətinizin necə irəliləməsi məsləhətçilər tərəfindən izlənəcəkdir.

Təklifin qəbul edilməsi

Siz təklif məktublarını aldıqda məsləhətçiniz sizə hansı təklifi qəbul etməklə və instituta göndəriləcək sənədlərlə bağlı bələdçilik edəcəkdir.

Təqaüd proqramları

Magistr səviyyəsində BK universitetləri tərəfindən təklif olunan təqaüd proqramları ola bilər. IDP məsləhətçiləri təqaüd proqramlarının tələbləri barədə və universitetdən təklif aldıqdan sonra son tarixlər haqqında sizi məlumatlandıracaqlar.

Yaşayış yeri

UK Sərhəd Agentliyi UK-də təhsil müddətiniz üçün yaşayış yerinizlə bağlı sənədləri göstərməyinizi tələb edə bilər. IDP məsləhətçiniz universitet şəhərciyi daxilində və xaricində yaşayış yerləri ilə bağlı sizin istəklərinizə və büdcənizə əsasən sizə bələdçilik edəcəkdir.

Təhsil haqqı və ya depozitin ödənilməsi

Siz təklif məktubunun şərtlərini yerinə yetirmək və universitetdən CAS sənədini almaq üçün təhsil haqqının bir hissəsini depozit şəklində ödəməli ola bilərsiniz.

CAS sənədinin alınması

CAS sənədini və digər əlaqəli sənədləri aldıqdan sonra IDP məsləhətçiniz sizə növbəti addım olan maliyyə sənədləri ilə bağlı tələblər və tələbə vizası üçün müraciət prosesində kömək edəcəkdir. 

Tələbə vizası üçün müraciət

IDP məsləhətçiniz sizin maliyyə sənədlərinizi yoxlayacaq və sizə viza üçün müraciət forması ilə bağlı kömək edəcəkdir. Məsləhətçiniz həmçinin viza üçün müraciət mərkəzində sizin üçün görüş vaxtı alacaqdır. 

Səyahətin təşkil olunması

Sizin tələbə vizanız təsdiqləndikdən sonra sizə tibbi arayışın tələbləri ilə bağlı bələdçilik ediləcək və siz BK-a səyahətlə bağlı məsələlər üzrə kömək əldə edəcəksiniz.

Səfər öncəsi oriyentasiya

Siz UK-a yola düşmədən əvvəl səfər öncəsi oriyentasiya təliminə dəvət olunacaqsınız. Bu təlim sizə UK-a səyahət, UK-a gəlib çatmaq, burada yerləşmək və təhsil almaqla bağlı bələdçilik təklif edəcəkdir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri