BK-da həyat

Dörd ölkə birində

Birləşmiş Krallıq dörd ölkədən: İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarətdir. Hər bir ölkənin özünəməxsus mədəniyyəti və dili vardır. İngilis dili BK-da istifadə olunan əsas dildir. Digər dillərə valliy, irland, kornuol, şotland və şotland qael dili aiddir.

BK-ın iqlimi

BK-da dörd fərqli fəsil vardır, bunlar qış, yaz, yay və payız fəsilləridir. Temperatur fəsildən asılı olaraq dəyişir, lakin adətən 32 dərəcə Selsidən keçmir və nadir hallarda -5 dərəcə Selsidən aşağı düşür. Hava yayda saat 10-da, qışda isə saat 4-də qaralır.

Müxtəlif mədəniyyətlərə malik cəmiyyət

BK kosmopolitik bir yerdir – burada bütün dünyadan miqrasiya etmiş çox müxtəlif insanlar yaşayır. BK əhalisinin 8%-ə yaxın hissəsi dünyanın hər tərəfindən miqrasiya etmiş etnik azlıqlardan təşkil olunmuşdur. Əksər əhalinin Xristian olmasına baxmayaraq, burada İslam, buddizm, hinduizm, yəhudilik, sikxizm və s. bir çox dinlər də təmsil olunur. Rəngarəng mədəniyyətlərə malik cəmiyyət beynəlxalq mətbəxlərin mövcudluğunu nəticə vermiş, eləcə də musiqi, incəsənət, idman, elm və ədəbiyyata da böyük təsir göstərmişdir.

 

Əyləncəli və həyəcanlı tələbə mədəniyyəti

BK-da tələbələr BK-ın hər tərəfini ucuz qiymətə gəzə bilərlər, çünki onlar endirimli səyahət hüququ əldə edirlər. Əsas tədbirlərə illik Edinburq festivallarını və Qlastonberi festivalını misal göstərmək olar. İncəsənət və mədəniyyətlə maraqlanan tələbələr üçün geniş seçim vardır, çünki BK-da 2000-dən çox muzey və qalereya vardır və bunların bir çoxuna giriş pulsuzdur. İdman həvəskarları həftənin istirahət günlərində keçirilən əsas idman tədbirlərinə və universitet şəhərciklərində təşkil olunan geniş çeşidli idman fəaliyyətlərinə qatıla bilərlər.

BK-ın mənzərəsi

BK tarixi memarlığı, mənzərəli kəndləri, şən dənizsahili şəhərləri və heyrətamiz yaradılış  cazibədarlığı ilə fəxr edir. BK-ın füsunkar mənzərəsi sahil boyu qayalar, cəlbedici göllər, çaylar, dərə və dağlardan təşkil olunmuşdur.

Canlı paytaxt şəhərləri

BK-ın canlı paytaxt şəhərləri London, Kardiff, Edinburq və Belfastdır. Bütün paytaxt şəhərləri çox müasir və bir çox yenidənqurmalardan keçmiş olmaqla yanaşı, ətraf şəhərlərin tarix və landşaftı qorunub saxlanmış və özünəməxsusluğu itirilməmişdir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri