Təhsil Haqqı

BK-da təhsil almağın qiymətinə təhsil haqqı, yaşayış xərcləri, viza xərcləri və ölkənizlə BK arasında səyahət xərcləri daxildir.

Təhsil haqqı

Təhsil haqları kursun növündən (humanitar və ya dəqiq elmlər, bakalavr və ya magistr) və müddətindən asılı olaraq dəyişir. Beynəlxalq tələbələr üçün orta təhsil haqları aşağıda verilmişdir.

Sizin büdcə ayırmalı olduğunuz digər xərclərə ildə bir neçə yüz dollara qədər olan tələbə fəaliyyətləri haqları daxil ola bilər. Əksər tələbələr il ərzində müəyyən kitablar alırlar və bunların dəyəri ildə $500 - $1,500 arasında ola bilər. Paltar, əyləncə, telefon danışıqları, səyahət, ərzaq və s. şəxsi xərclər də nəzərə alınmalıdır.

Kursun növü

Beynəlxalq tələbələr üçün orta xərc

Humanitar elmlər üzrə bakalavr

İllik £10,500

Dəqiq elmlər üzrə bakalavr

İllik £11,500

Humanitar elmlər üzrə magistr (tədris)

İllik £11,000

Dəqiq elmlər üzrə magistr (tədris)

İllik £12,500

MBA

İllik £15,100

Yaşayış xərcləri

Yaşayış xərclərinə təsir edən amillərə yaşayış yeri, qida və şəxsi xərclər daxildir. Yaşayış yeri xərcləri harada qalmağınızdan (universitet şəhərciyində və ya ondan kənarda) və yaşayış yerinin növündən (yeməyin təmin olunub-olunmamasından) asılı olaraq dəyişəcəkdir. Əgər siz universitet şəhərciyindən kənarda qalmaq qərarına gəlsəniz, onda polis, yanğınsöndürmə, zibilin toplanması və digər xidmətlər üçün vergi ödəməli olacaqsınız.

Altı ay  və ya daha çox davam edən kurslarda təhsil alan tələbələr Milli Tibbi Xidmətdən istifadə etmək hüququna malikdirlər, bu isə tibbi xidmətin pulsuz olması deməkdir. Buraya kursun əvvəlindən etibarən pulsuz həkim müayinələri və xəstəxanada müalicə daxildir. Sizin həyat yoldaşınız və 16 yaşından kiçik uşaqlarınız (və ya məktəbdə oxuduqları təqdirdə 19 yaşdan kiçik) da bu hüquqa malikdirlər.

Digər xərclər

Nəzərə almalı olduğunuz digər xərclərə yerli səyahət, telefon, əyləncə, paltar, ərzaq və təsadüfi xərclər daxildir. Semestr arası fasilə zamanı evə gəlməyi planlaşdırırsınızsa, beynəlxalq səyahət xərclərini də nəzərə almaq lazımdır.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri