Avstraliyada həyat

Avstraliya isti və qonaqpərvər ölkə olmaqla dünyanın ən çoxmillətli cəmiyyətlərindən biri hesab olunur. Avstraliya əhalisinin dörddə biri digər ölkələrdə anadan olub.

Avstraliyada yaşayan hər bir insan üçün bərabər imkanlar yaradılmışdır. İrqi, mədəni, dini və ya gender əsaslarında ayrı-seçkilik qanunla qadağan edilir. Avstraliya yaşamaq üçün çox yaxşı bir yerdir. Burada  beynəlxalq tələbələrin özlərinə asanlıqla yer tuta biləcəkləri təhlükəsiz, çoxmillətli və mehriban mühit yaradılmışdır. Tələbə olaraq Avstraliyada yaşamaqla böyük təcrübə toplaya bilərsiniz. Mədəniyyət, mətbəx, görməli yerlərdən və insanlardan zövq alın!

Avstraliya dünyada ən yüksək həyat standartlarına malik ölkələrdən biri olmaqla yanaşı, burada qiymətlər münasibdir. Yaşayış xərclərinə aşağıdakılar daxildir:

  • Mənzil
  • Qida
  • Geyim
  • Əyləncə
  • Nəqliyyat
  • Beynəlxalq və yerli səyahət
  • Telefon
  • Gözlənilməz xərclər

Nəzərə almaq lazımdır ki, bu xərclər yaşadığınız yerdən, həyat tərzinizdən və seçdiyiniz təhsil müəssisəsi və tədris proqramından asılı olaraq dəyişəcəkdir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri