IELTS

IELTS bütün dünyada institutlar, biznes və dövlətlər tərəfindən qəbul və etibar edilən, ingilis dili bacarıqlarını qiymətləndirən testdir.

IELTS testini tələb edən institut və təşkilatlara daxildir:

  1. Avstraliya, Yeni Zelandiya və Birləşmiş Krallıqda fəaliyyət göstərən bütün universitetlər və təhsil təchizatçılarının böyük əksəriyyəti, eləcə də əksər Kanada universitetləri
  2. ABŞ-da 3,000-dən artıq ali təhsil institut və proqramı
  3. Avstraliya, Kanada, Yeni Zelandiya və Birləşmiş Krallıqda immiqrasiya üzrə səlahiyyətli qurumlar
  4. Bütün dünyada mühasibat uçotu, mühəndislik, hüquq, tibb və s. kimi sahələri əhatə edən peşəkar qeydiyyat qurumları
  5. Bank işi və maliyyə, dövlət qulluğu, tikinti, enerji və təbii resurslar, aviasiya, səhiyyə və turizm kimi sektorlarda fəaliyyət göstərən bir çox işəgötürənlər
  6. İngilis dilli olmayan ölkələrdə fəaliyyət göstərən və tədrisin ingilis dilində aparıldığı universitetlər.

IELTS dünyada ən məşhur ingilis dili testidir. O, IDP: IELTS Australia, British Council və University of Cambridge ESOL Examinations tərəfindən birgə idarə olunur.

IELTS testi dünyanın hər tərəfində test mərkəzlərində keçirilir – hal-hazırda 135-dən çox ölkədə 800-dən artıq test mərkəzi fəaliyyət göstərir. Azərbaycanda bu testləri IDP: IELTS Australia və British Council həyata keçirir.

Sizə uyğun olan test tarixi və test mərkəzini tapın.

IELTS haqqında və müraciət etmək və ya hazırlıq materiallarını yükləməklə bağlı daha çox məlumat əldə etmək üçün,  www.ielts.az saytını ziyarət etməyiniz xahiş olunur. IELTS testi ilə bağlı istənilən sualınız olarsa, bizimlə ielts@ielts.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayın və ya öz IDP məsləhətçinizlə danışın.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri