Viza üçün müraciət

Avstraliya Ali Komissiyasının tələbinə əsasən sizin viza üçün müraciətiniz universitetinizdə oriyentasiya üçün təyin olunmuş tarixdən ən azı 12 həftə əvvəl eViza sisteminə daxil edilməlidir. Viza üçün müraciət etmək məqsədilə siz aşağıdakı sənədləri məsləhətçinizə təqdim etməlisiniz:

  • Viza üçün müraciət forması 
  • Viza üçün müraciət haqqı
  • 4 ədəd pasport ölçüsündə şəkil
  • Etibarlı pasport
  • Qəbul olunmağın elektron təsdiqi
  • IELTS nəticələri
  • Təhsil və iş təcrübənizə dair sənədlər
  • Məqsəd bəyanatı
  • Maliyyə imkanlarının təsdiqi (təhsil haqqı, yaşamaq xərcləri, tabeliyində olan insanların xərcləri, geri qayıtmaq üçün təyyarə bileti)

*Viza sənədləri ilə bağlı əlavə məlumat əldə etmək üçün məsləhətçinizlə əlaqə saxlayın.

Sizin eViza ərizənizi təqdim edərkən, məsləhətçiniz tibbi formaları yükləyəcəkdir. Siz DIAC panelində tibbi müayinədən keçməli olacaqsınız.

Sizin eViza ərizə sənədinizə ayrıca Əməliyyat İstinad Nömrəsi (Transaction Reference Number) veriləcəkdir. Aşağıdakı internet saytı vasitəsilə ərizənizlə bağlı məlumat əldə edə bilərsiniz: https://www.ecom.immi.gov.au/inquiry/query/query.do?action=eVisa.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri