ABŞ-da Təhsil

Amerika universitetləri öz tədris və tədqiqat keyfiyyətinə görə yaxşı tanınır. ABŞ xaricdə ali təhsil almaq istəyən beynəlxalq tələbələr üçün bir nömrəli və ən böyük seçimdir. ABŞ-ın təhsil sistemi beynəlxalq tələbələr üçün dünyada ən çoxtərəfli və çevik təhsil sistemidir.

Bu gün dünyada bütün beynəlxalq tələbələrin 30 faizə yaxın hissəsi ABŞ-da təhsil alır.

Siz nə vaxtsa maraqlanmısınızmı, ABŞ ali təhsilini dünyada bu qədər məşhur edən nədir?

Akademik üstünlük

ABŞ dünyanın ən yaxşı təhsil sistemlərindən birinə və bütün fənlər üzrə əla proqramlara malikdir. Bakalavr səviyyəsində ənənəvi fənlər üzrə, eləcə də professional sahələrdə proqram seçimləri mövcuddur. Magistr və Ph.D. səviyyələrində tələbələr müntəzəm olaraq dünyanın ən məşhur tədqiqatçıları ilə birgə işləmək və onlardan öyrənmək imkanı əldə edirlər. ABŞ universitetləri tərəfindən verilən  kvalifikasiyalar bütün dünyada öz akademik üstünlüyü ilə tanınır.

Təhsil imkanlarının müxtəlifliyi

ABŞ ali təhsil sistemi hər bir tələbəyə bir çox şeylər təklif edə bilər. Proqramın strukturu həm güclü nəzəri bazanın yaradılmasına, həm də vacib praktiki və işlə bağlı bacarıqların qazandırılmasına eyni dərəcədə əhəmiyyət verir.  Əgər siz gerontologiya kimi qeyri-adi və spesifik bir proqram üzrə təhsil almaq istəyirsinizsə, ABŞ-da siz bir neçə proqram arasında seçim edə bilərsiniz!

Ən müasir texnologiya

ABŞ universitetləri texnologiya və elmi texnika baxımından dünyada liderdirlər və öz tələbələrinə də eyni resursları təmin edirlər. Tələbələri elm, mühəndislik və əlaqəli sahələrdə ən son yeniliklərlə tanış etməyə xüsusi əhəmiyyət verilir. Bunun son nəticəsi isə ən son texnologiyadan istifadə üçün müvafiq bacarıqlara malik və işə hazır məzunlardır.

Tədqiqat, tədris və təlim imkanları

ABŞ-da məzun səviyyəsindəki tələbələr bir çox assistentlik proqramları vasitəsilə tədqiqat və tədris sahəsində dəyərli təcrübə qazanırlar. Bu proqramlar həmçinin tələbələrə ABŞ-da öz ali təhsillərini maliyyələşdirməyə kömək edir. Qazanılmış praktiki təcrübə tədris və tədqiqat sahəsində gələcək karyera üçün xüsusilə faydalıdır.

Çeviklik

ABŞ ali təhsil sistemi bir proqram daxilində bir çox kurs seçimləri və ixtisası dəyişmək və ya bir neçə ixtisas seçmək imkanı təklif edir. Bakalavr proqramının yuxarı səviyyələrində tələbə, proqramı öz spesifik karyera arzularına uyğunlaşdıra, məsələn, müasir caz musiqisi kurslarını mühəndisliklə birləşdirə bilər! Məzun səviyyəsində siz öz vaxt qrafikinizi qura və kreditlərinizi icazə verilən vaxt çərçivəsində sizin üçün rahat olan sürətlə tamamlaya bilərsiniz.

Beynəlxalq tələbələr üçün dəstək xidmətləri

ABŞ universitetləri ABŞ-da ali təhsil almaq üçün gələn beynəlxalq tələbələri qonaqpərvərliklə qarşılayır və onlara ABŞ həyatına rahat uyğunlaşmağa kömək etmək üçün dəstək sistemlərinə malikdir. Beynəlxalq tələbə ofisinin xidmətləri tələbələrə yeni mühitə öyrəşmək üçün kömək edir.  Dəstək il boyu təklif olunur və oriyentasiya proqramlarının təşkil olunmasından akademik yazı ilə və tələbə məzun olmağa hazırlaşdığı zaman rezyumenin hazırlanması ilə bağlı köməyə qədər müxtəlif formalar alır.

Universitet həyatı

ABŞ universitetləri akademik, mədəni və atletik fəaliyyətlər üzrə geniş seçimlər təklif edir və beləliklə təhsil təcrübəsini zənginləşdirməkdən əlavə tələbələrə yeni dostlar tapmağa və qlobal vətəndaşa çevrilməyə imkan verir. İcma, regional və etnik klublardan əlavə sizin universitetiniz öz kriket komandasına malik ola bilər.

Qlobal təhsil

ABŞ universitetində akademik təhsil və təcrübə beynəlxalq əmək bazarında çox müsbət reputasiyaya malikdir. ABŞ təhsili tələbənin uzunmüddətli karyera məqsədlərini əhəmiyyətli dərəcədə yüksəldir. Bu təcrübə tələbəyə tənqidi düşüncə bacarıqları qazandırır, özünə inam və müxtəlif mədəniyyətlərə mənsub insanlarla ünsiyyət bacarıqları yaradır və bütün bu xüsusiyyətlər bütün dünyada işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri