Səfər öncəsi oriyentasiya

Sizi Avstraliyaya yola düşməyə hazırlamaq üçün IDP ofisi hər il yanvar və iyun aylarında səfər öncəsi oriyentasiya təlimləri təşkil edir. Təlim zamanı, siz Avstraliyada yaşamaq, qəbul olunduğunuz universitetdə tələbə həyatı barədə çox dəyərli məlumatlar əldə edəcək, yerli mədəniyyətə uyğunlaşmağın və qürbətlik hissinin öhdəsindən gəlməyin yollarını öyrənəcəksiniz. Bununla yanaşı digər tələbələrlə, o cümlədən məzun, hazırki tələbələr və gələcək qrup yoldaşlarınızla tanış olmaq imkanı əldə edəcəksiniz.

Bizim xidmət üzrə tərəfdaşlarımız biletin alınması, valyuta məzənnəsi, səyahət sığortası, Avstraliyada bank hesabının açılması və beynəlxalq telefon kartları barədə məsləhətlər verəcəklər.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri