IELTS

IELTS bütün dünyanın institutları, şirkətləri və hökümət qurumlarının tanıdıqları və qəbul etdikləri İngilis dili testidir. 

IELTS nəticələrini tələb edən institut və təşkilatlara daxildir:

  1. Avstraliya, Yeni Zelandiya və Böyük Britaniya, habelə Kanadanın bütün universitetləri və əksər təhsil müəssisələri.
  2. ABŞ-ın 3000-dən çox ali təhsil müəssisələri və proqramları.
  3. Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın immiqrasiya orqanları.
  4. Bütün dünyada mühasibat, mühəndislik, hüquq, dərman və tibb kimi sahələri əhatə edən peşəkar qeydiyyat orqanları.
  5. Bank işi və maliyyə, hökumət, tikinti, enerji və təbii resurslar, aviasiya, səhiyyə və turizm sahəsində işəgötürənlər.
  6. İngilis dilli olmayan ölkələrdə dərslərin ingilis dilində tədris olunduğu universitetlər.

Bildiyiniz kimi IELTS dünyanın ən məşhur İngilis dili testidir. O,  IDP: IELTS Australia, və University of Cambridge ESOL Examinations tərəfindən birgə idarə olunur.

IELTS testləri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən mərkəzlərdə həyata keçirilir, hazırda 130 ölkədə 800-ə yaxın belə mərkəz vardır. Azərbaycanda imtahanları IDP: IELTS Australia və British Council həyata keçirir. 

Testin Sizə uyğun gələn keçirilmə tarixini və yerini müəyyənləşdirin. 

IELTS ilə bağlı əlavə məlumat əldə etmək, müraciət formaları və ya praktiki materialları yükləmək üçün www.ielts.az saytını ziyarət edə bilərsiniz. IELTS testləri ilə bağlı suallarınız yaranarsa, ielts@ielts.az elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri