Yeni Zelandiyada həyat

Yeni Zelandiya Sakit Okeanın cənub hissəsində yerləşir. Ölkə Şimal adası və arxipelaqlardan ibarət olan iki əsas torpaq hissədən ibarətdir. 

Çoxmədəniyyətli cəmiyyət kimi Yeni Zelandiyalılar ölkəyə gələn insanlara qarşı çox tolerant və mehribandırlar. Çoxmillətli cəmiyyətə sahib olması ilə yanaşı, Yeni Zelandiya həmçinin 180-dən çox millətin nümayəndəsi olan tələbələrə burada oxumaq üçün şərait yaradır. Tələbələr çox asan bir şəkildə Yeni Zelandiya cəmiyyətinə qaynayıb-qarışırlar.

Digər ölkələrdən fərqli olaraq,Yeni Zelandiyada daimi yaşama statusu olmayan, lakin bir ildən çox bu ölkədə yaşayan insanların seçkilərdə iştirak etmək hüququ var.

 

Adət-ənənə ölkəsi: Maori xalqı

Yeni Zelandiyada ilk dəfə 1000 il bundan əvvəl kiçik qayıqlarla sakit okeanı keçib buraya gələn Şərqi Polineziyalılar məskən salıblar. Əsrlər boyunca buraya yerləşən Şərqi Polineziyalılar burada öz dillərini, qəbilələrini və əsatirlərini yaratmışlar və tədricən indiki adı ilə tanınan Maori xalqını əmələ gətirmişlər.

 

Havası

Yeni Zelandiyanın iqlimi ilə bağlı ən önəmli şey odur ki, burada fəsillər şimal yarımkürəsindəki fəsillərin tam əksidir

Fəsillər Aylar
Yaz Sentyabr-Noyabr
Yay Dekabr-Fevral
Payız Mart-May
Qış İyun-Avqust

 

“Qaynar qazan”- Çoxmədəniyyətli cəmiyyət

Yeni Zelandiya əhalisinin etnik tərkibi çox müxtəlifdir. Uzun illərdən bəri dünyanın bir çox yerindən Yeni Zelandiyaya insanlar məskunlaşmış və buranı vətən olaraq adlandırmışlar. Yeni Zelandiya əhalisinin 23%-i digər ölkələrdə doğulan insanlardır. Yeni Zelandiya əhalisi əsasən Avropalıların, Maorilərin, Yaxın Şərqlilərin və Sakit Okean adalarının əhalisinin qaynayıb-qarışmasından formalaşmışdır.

 

Geniş çölləri

Yeni Zelandiya vulkanları, qarla örtülü yüksək dağları, görkəmli gölləri, ağ qumlu çimərlikləri ilə tayı bərabəri olmayan gözəlliyə malikdir. “Təbii oyun meydançası” adı verilən Yeni Zelandiyanın qədim landşaftı ekstremal əyləncə fəaliyyətləri üçün uyğun bir məkandır. Ən məşhur nümayəndəsi Yeni Zelandiyalı Cənab Edmund Hillari olan dağa dırmaşmadan üzgüçülüyə, bərə idman növünə kimi hər cür çöl idmanını burada tapmaq olar.

Yeni Zelandiyanın idman mədəniyyəti də mövcuddur. Beynəlxalq tələbələr reqbi, kriket, xizəksürmə və üzgüçülük də daxil bir çox fərdi və komanda idman növləri ilə məşğul ola bilərlər.

 

Hərəkətli həyat tərzi

Yeni Zelandiyanın təravətli təbiəti arasında tələbələr əyləncə və mədəni fəaliyyətlər tapa biləcəklər. Əyləncəli cəmiyyəti olan Yeni Zelandiya şəhərləri cürbəcür kafelər, mağazalar, kinoteatrlar və gecə həyatına malikdir.

Tələbə Xidmətləri