Tələbə xidmətləri

Məsləhətləşmə

IDP ofislərinin müvafiq ərizə formaları ilə yanaşı  müasir Yeni Zelandiya Təhsil Müəssisələri haqqında broşuraları, kitabçaları və  CD-ROMs vəsaitləri var. Yeni Zelandiya təhsil müəssisələrindən nümayəndə gəldikdə , biz sizi onlarla görüşdürmək üçün müsahibələr təşkil edirik.

IDP məsləhətçiləri sizə aşağıdakı məsələlərlə bağlı düzgün və peşəkar məsləhətlər verir :

 

Sizin üçün uyğun olan kursu necə seçməli

IDP məsləhətçiləri tələbələrə düzgün seçim etməkdə yardımçı olmaq üçün böyük təcrübəyə sahibdir. İstər Məktəb, İngilis dili, Hazırlıq, istərsə də Bakalavr və Magistr dərəcələri almağınızda öz peşəkarlığı ilə sizin yanınızda olacaq və şəxsi həyatınızda təhsilniz üçün ehtiyacınz olan bütün seçimləri sizə təqdim edəcək.

 

Üstünlük verdiyiniz sizə uyğun olan təhsil müəssisəsini necə seçməli

IDP məsləhətçiləri  üstünlük verdiklərinizə əsasən seçim etməkdə sizə kömək edəcəklər. Onlar öz təcrübəsindən yararlanaraq  sizə müqayisəli seçimlər təqdim edəcəklər və beləliklə sizdə ətraflı məlumat alaraq düzgün qərar vermiş olacaqsınız.

 

Qəbul tələbləri ilə bağlı təlimatlar

IDP məsləhətçiləri dünyanın əksər qabaqcıl təhsil sistemlərinin strukturundan xəbərdardılar. Bu nəzərə çarpan üstünlük sayəsində Yeni Zelandiya təhsil müəssisələrindən birini seçməmişdən əvvəl sizə həmin müəssisənin qəbul tələbləri haqqında məsləhətlər verir. Yeni Zelandiyada təhsil almaq üçün tələb olunan İELTS barəsində də IDP məsləhətçiləri sizə ekspert məsləhətləri verəcək.

 

Universitet üçün müraciət etmə

IDP məsləhətçiləri Yeni Zelandiyanın təhsil müəssisələrinə müraciət etmənizdə də sizə yardımçı olacaq. Bakalavr səviyyəsində olan tələbələrə bütün müraciət proseslərində kömək edir, aspirantura tələbələrinə isə həmin səviyyə üçün tələb olunan detallarda yardım edir.

 

Növbəti müraciət mərhələsi

IDP məsləhətçiləri təhsil haqqında, viza müraciətində, getməzdən əvvəl oriyentasiyanın təşkil edilməsində və Yeni Zelandiya təhsil müəssisəsi ilə əlaqə yaradaraq hava limanında qarşılanmanızda sizə yardım edəcəkdir.

Tələbə Xidmətləri