Viza üçün müraciət

 

Bilirdinizmi?

Yeni Zelandiyaya Tələbə Vizası üçün müraciət edildikdə proqram başa çatdıqdan sonra siz növbəti müdafiə üçün və ya məzun olduqdan sonra iş axtarışı üçün viza əldə edə bilərsiz. Yeni Zelandiyada tələbə vizası əldə etmək üçün Yeni Zelandiyanın tanınmış müəssisələrinin birindən təsdiq məktubu tələb etməlisiniz:  “Yeni Zelandiya İmmiqrasiya” meyarlarının akademik, sağlamlıq və xarakter tələblərinə uyğun gəlməlisiniz və orda yaşadığınız müddət ərzində təhsil haqqını və yaşayış xərclərini ödəyə biləcəyinizi sübut etməlisiniz.  

  • Təxminən 70,000-ə yaxın beynəlxalq tələbəyə hər il Yeni Zelandiyaya tələbə vizası verilir və onların 75%-I Asiya ölkələrindəndir (əsasən Çin, Cənubi Koreya və Hindistan).

  • Beynəlxalq tələbələrin təxminən 31%-i təhsil haqqını ödəmək üçün işləyir ya da Yeni Zelandiyada daimi olaraq məskunlaşdışdır.  Bu kütlənin təxminən beşdə biri Yeni Zelandiyada daimi məskunlaşmanı seçirlər.

  • 68% keçmiş beynəlxalq tələbə Yeni Zelandiyada daimi yaşayış icazəsi aldıqdan sonra 18 ay tam iş rejimi ilə təmin olunublar. Təxminən üçdə biri (31%) peşəkar sahələrdə, 62% isə təcrübə işlərində fəaliyyət göstərir.

  • Yeni Zelandiyada Bakalavr dərəcəsi və daha yüksək dərəcə qazananlar yüksək vəzifəli işlərdə çalışaraq daha çox pul qazanır və peşə ixtisasları sahibləri ilə müqayisədə daha çox razılıq bildirirlər. 
  • 18 aydan sonra daimi yaşayış aldıqdan sonra 48% keçmiş beynəlxalq tələbə öz təhsilini davam etdirir. 

Mənbə: Təhsildən sonrakı həyat : Beynəlxalq tələbələrin Yeni Zelandiyada məskunlaşma təcrübəsi, Əmək Departamenti

Yeni Zelandiyada təhsil almaq üçün tələbələrin nə zaman vizaya ehtiyacı olur?

  • Viza yalnız üç ay müddətindən artıq təhsil alan tələbələrə lazım olacaq.

  • Taiwan Working Holiday Schemes iştirakçıları altı aydan çox olmayaraq bütün bir və daha çox kurslarda götürə bilər.

  • Mübadiləsi aparılan, təsdiq edilmiş mübadilə planında  iştirak edən tələbələr bütün tələblərə əməl etməklə mübadilə müddəti ərzində tələbə vizası üçün  müraciət edə bilər.

  • Bəhreyn, Cənubi Koreya, Küveyt, Qatar, Səudiyyə Ərəbistanı, Sinqapurdan Yeni Zelandiyaya üç ay və daha az müddətliyinə getdikdə vizaya ehtiyac olmur.

Tələbə vizası üçün əsas tələblər nədir?

  1. Yeni Zelandiya təhsil nümayəndəliyindən qalmaq üçün dəvət.  Kurs NZQA tərıfindən təsdiqləməlidir (the New Zealand Qualifications Authority ). Dəvət Məktubunda kursun minimum vaxtı, ümumi ödəniş haqqı (əgər kurs bir ildən artıqdırsa) və ya illik ödəniş haqqı (bir ildən az olankurslar üçün), və ən əsas da götürülən kursun yerli və ya xarici səviyyədə olması mütləq qeyd olunmalıdır.Yeni Zellandiya təhsil nümayəndəliyindən qalmaq üçün dəvət.  Kurs NZQA tərıfindən təsdiqləməlidir (the New Zealand Qualifications Authority ). Dəvət Məktubunda kursun minimum vaxtı, ümumi ödəniş haqqı (əgər kurs bir ildən artıqdırsa) və ya illik ödəniş haqqı (bir ildən az olankurslar üçün), və ən əsas da götürülən kursun yerli və ya xarici səviyyədə olması mütləq qeyd olunmalıdır.

  2. Tələbələrin Yeni Zelandiyada qaldıqları müddətcə maliyyə ehtiyaclarını qarşılaya biləcəklərinin sübutu.  Buraya daxildir:

    • Tələbə və ya sponsor tərəfindən Yeni Zelandiyada maddi dəstəyin olması

    • Bütün yaşayış və məişət xərclərini qarşılayan maliyyə dəstəyi və ya yardım proqramları çərçivəsində Yeni Zelandiyanın dövlət agentliyi tərəfindən verilən təqaüd.

əgər kursun müddəti 9 aydan azdırsa, tələbə:

  • Yeni Zelandiyada qalmaq üçün hər ay 1000$, və ya 

  • əgər yaşayış xərcləri əvvəlcədən ödənilibsə və ya

  • təhsil müəssisəsindən gələn təsdiq məktubunda məişət və yaşayış xərclərinin paketə daxil olduğu göstərilibsə, hər ay üçün 400$ ödəməlidir.

Əgər kursun müddəti 9 aydan çoxdursa, tələbə Yeni Zellandiyada təhsil almaq üçün hər il 10,000 $ ödəməlidir.

Tələbə Xidmətləri