Tələbə xidmətləri

Uğurlu müraciət və qəbul üçün konsultasiya!

Siz ABŞ-da hansı proqramın sizin karyera yolunuz üçün daha uyğun olduğunu bilmək istəyirsiniz?

Öz müraciət formanızı hazırlamaqda kiminsə sizə kömək etməsini istərdiniz?

ABŞ-a viza müsahibəsi haqqında düşünəndə təlaşa düşürsünüz?

40 ildən artıq beynəlxalq təhsil liderliyinə malik olan IDP Education beynəlxalq tələbə qəbulunda qızıl standartdır.

IDP-də sizin məsləhətçiniz sizi dinləmək və sizin təhsil və karyera ilə bağlı arzularınızı anlamaq üçün təlimdən keçib.  Sizin məsləhətçiniz ABŞ-dakı universitetlərdə mövcud olan minlərlə təhsil imkanlarını araşdırmaqda sizə bələdçilik edəcək və məsləhət verəcəkdir.

Bizim ofisimizə gəldikdə siz ABŞ-dakı təhsil sistemi haqqında ümumi məlumat əldə edəcəksiniz. Daha sonra məsləhətçiniz sizin akademik kvalifikasiyalarınız, iş təcrübəniz, əlavə ictimai və idman fəaliyyətlərinizin dolğun qiymətləndirməsini aparacaqdır. Bu mərhələdə məsləhətçinizə öz büdcə məhdudiyyətləriniz, üstünlük verdiyiniz şəhərlər, təhsillə bağlı maraqlarınız və karyera məqsədləriniz haqqında danışmağınız çox vacibdir. Bu, məsləhətçinizə sizin bacarıq, arzu və ehtiyaclarınıza ən yaxşı cavab verən universiteti seçməyə imkan verəcək.

Siz öz təhsil sahənizlə bağlı qərar verdikdən və müraciət etmək istədiyiniz ABŞ universitetlərinin siyahısını müəyyən etdikdən sonra sizin IDP məsləhətçiniz sizə müraciət prosesində bələdçilik edəcək və son müraciət tarixlərinə və digər tələblərə riayət etməkdə sizə kömək edəcəkdir. Siz effektiv məqsəd bəyanatı və esse yazmaq, portfel və qaralama tövsiyə məktublarını hazırlamaqla bağlı məsləhətlər alacaqsınız.

Sizin məsləhətçiniz bizim təmsil etdiyimiz ABŞ universitetləri ilə əlaqə saxlamaqla sizin müraciətinizin necə irəlilədiyini izləyəcəkdir. Siz təhsil almaq istədiyiniz universitetdən qəbul təklifi aldıqdan sonra məsləhətçiniz I-20 nəşr olunmadan qabaq universitet tərəfindən tələb olunan maliyyə və digər sənədləri hazırlamaqda sizə kömək edəcəkdir.  

I-20 sizin universitetə qəbul olunduğunuzu təsdiqləyir və ABŞ-a tələbə vizası (F1 visa) almaq üçün ABŞ səfirliyində müsahibəyə keçmək üçün sizə universitetdən lazım olan son sənəddir. Sizin məsləhətçiniz viza ilə bağlı tələbləri sizə izah edəcək, viza faylını doldurmaqda sizə kömək edəcək və ən əsası, ABŞ səfirliyinin işçiləri ilə müsahibə zamanı hansı suallarla qarşılaşa biləcəyiniz haqqında sizə məlumat verəcəkdir.

ABŞ-da tələbə həyatına başlamaqda sizə kömək etmək üçün məsləhətçiniz sizin səfərdən əvvəlki  tədbirimizdə iştirakınızı təmin edəcəkdir. Bu tədbir sizi ABŞ-dakı akademik, ictimai və mədəni həyat tərzi ilə tanış edəcək və valyuta mübadiləsi, oradakı yaşayış yeriniz, sığorta, tibbi tələblər və kursların onlayn qeydiyyatı kimi vacib məsələlər haqqında dəyərli məlumatlar təmin edəcəkdir.

Bizim yüksək təcrübəli məsləhətçilərimiz ən yaxşı ABŞ universitetlərindən birinə qəbul olmaq arzunuzu reallaşdırmaqda sizə kömək edəcəkdir.

Bizim fərdi və şəxsiləşdirilmiş konsultasiya xidmətimiz sizə bütöv proses boyunca bələdçilik edəcəkdir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri