Niyə IDP?

IDP-nin beynəlxalq tələbələrin yerləşdirilməsi xidməti üzrə ən çox etibar olunan təşkilat olmasının səbəbi 40 illik təcrübə və uğurdur!

IDP uğur tarixçəsi

  • Amerika Beynəlxalq Qəbul Şurası tərəfindən sertifikatlaşdırılıb
  • Dünyanın aparıcı ingilis dili testi olan IELTS-in idarə edilməsində şərik
  • Bütün dünyada ali məktəblərdə yerləşdirilmiş 300,000-dən çox tələbə

Hər bir tələbə bənzərsizdir

Öz şəxsi IDP məsləhətçinizlə görüşün – öz qəbul şansınızı artırın

Sizin IDP məsləhətçiniz...

Diqqətini sizə yönəldir

Biz bilirik ki, təhsil öz-özlüyündə son nəticə deyil. Tələbələr təhsili öz karyera, ailə və həyat məqsədlərini həyata keçirmək üçün bir vasitə olaraq seçirlər və sizin IDP məsləhətçiniz sizə bu məqsədinizə nail olmaq üçün düzgün təhsil seçimləri etməyə kömək etmək üçün sizinlə işləməyi öz əsas vəzifəsi bilir.

Sizin məsləhətçiniz yalnız dil baxımından deyil, həm də mədəniyyət baxımından universitetin dil və adətləri ilə sizin və ailənizin yerli dil və adətləri arasında körpü yaradacaqdır.

Bənzərsiz uyğunlaşdırma bacarıqlarına malikdir

Sizin məsləhətçiniz sizi ehtiyaclarınıza və arzularınıza cavab verən düzgün universitetə istiqamətləndirmək üçün təlimatlandırılmışdır.  Bizim təkmil konsultasiya prosesimiz vasitəsilə məsləhətçiniz sizin akademik bacarığınızı, dil bacarıqlarınızı və ödəmə imkanlarınızı, eləcə də daha az obyektiv meyarlar olan coğrafi baxımdan nələrə üstünlük verməyiniz, şəxsiyyətiniz və gələcək karyera məqsədlərinizi qiymətləndirəcəkdir.

Tələbə olaraq siz görəcəksiniz ki, məhz sizin kimi bir tələbə axtaran bir universitet tapmısınız!

Peşəkardır

IDP-nin təhsil müəssisələri və öz gələcəyini bizə etibar edən tələbələrlə iş üzrə korporativ düzgünlük və şəffaflıq siyasəti vardır. IDP-nin 40 illik reputasiyası dostyana, nəzakətli məsləhət və xidmətə, ciddi universitet və dövlət standartlarına uyğun şəkildə müraciətlərin effektiv və vaxtlı-vaxtında emal olunmasına əsaslanır.

IDP-nin tələbə xidmətləri portfeli

  • Kursun seçilməsi
  • Universitetin seçilməsi
  • Müraciətin göndərilməsi
  • Təklifin alınması
  • Viza ilə bağlı konsultasiya
  • Təhsil haqqının ödənilməsi
  • Səfər öncəsi hazırlıq

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri