Təhsil Haqqı

Tələbə xərcləri

ABŞ-da universitet və ya kollec xərcləri universitetlər arasında dəyişir, yaşayış yeri və digər yaşayış xərcləri isə seçdiyiniz şəhərdən, eləcə də sizin öz həyat tərzinizdən asılıdır. Təhsil haqqı sizin təhsillə bağlı xərclərinizin ən bahalı komponenti olacaqdır. Təhsil haqları illik 10,000-55,000 ABŞ dolları arasında dəyişə bilər.

Yaşayış yeri xərcləri əsasən sizin şəxsi seçiminizdən və qaldığınız şəhərdən asılıdır. Məsələn, universitet şəhərciyində qalmaq adətən şəhərcikdən kənarda qalmaqdan daha bahalıdır. Bəzi universitetlərdə bakalavr səviyyəsi üzrə yeni qəbul olunan tələbələrin birinci il universitet şəhərciyində qalmaları tələb oluna bilər ki, bu da yaşayış xərclərini nisbətən artıra bilər. Həmçinin tək qalmaq və ya başqa tələbələrlə birgə yaşamaqla bağlı qərarınız da sizin xərclərinizə təsir edəcəkdir.

Yaşayış yeri xərcləri tipik olaraq illik 3,000-8,000 ABŞ dolları arasında dəyişəcəkdir. Əgər siz mənzil tutmaq qərarına gəlsəniz, yadda saxlayın ki, elektrik, telefon xətti, mebel və universitetə və universitetdən evə nəqliyyat xərclərini ödəməli olacaqsınız.  

Sizin büdcə ayırmalı olduğunuz digər xərclərə ildə bir neçə yüz dollara qədər olan tələbə fəaliyyətləri haqları daxil ola bilər. Əksər tələbələr il ərzində müəyyən kitablar alırlar və bunların dəyəri ildə 500-1,500 ABŞ dolları arasında ola bilər. Paltar, əyləncə, telefon danışıqları, səyahət, ərzaq və s. şəxsi xərclər də nəzərə alınmalıdır.

 Xərc

 ABŞ dolları (İllik xərc) *

 Təhsil haqqı

10,000 -55,000 ABŞ dolları

 Yaşayış yeri

3,000-8,000 ABŞ dolları

 Ərzaq

250 ABŞ dolları

 Kitablar

500-1,500 ABŞ dolları

 Tibbi sığorta

700-1,000 ABŞ dolları

 Digər (Səyahət, elektrik enerjisi, telefon xətti)

500 ABŞ dolları

* Bütün xərclər təxminidir və yalnız bələdçi kimi istifadə olunmalıdır.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri