Viza üçün müraciət

F-1 Student Visa (ABŞ-a tələbə vizası)

F-1 Visa (Academic Student) şəxsin akkreditasiya olunmuş kollec, universitet və ya başqa akademik təşkilatın tələbəsi olaraq ABŞ-a daxil olmasına icazə verir. Tələbə hər hansı bir elmi dərəcə, diplom və ya sertifikatla yekunlaşan bir proqram və ya kursa qəbul olunmuş olmalı və onun təhsil alacağı məktəbə ABŞ dövləti tərəfindən beynəlxalq tələbələri qəbul etmək səlahiyyəti verilmiş olmalıdır.

ABŞ-a tələbə vizası üçün müraciət prosesində addımlar

Viza üçün müraciət prosesi I-20-nin alınması ilə başlayır. I-20 tələbənin universitetə qəbul olunduğunu təsdiqləyir.

Viza prosesi uzundur və çətin görünür, lakin sizin fərdi IDP məsləhətçiniz sizə bu yolun hər addımında kömək edəcəkdir.

Addım 1: SEVIS (Student and Exchange Visitor Information System) haqqını ödəmək  

SEVIS, Student and Exchange Visitor proqramının internetə əsaslanan hissəsidir və ABŞ Milli Təhlükəsizlik Departamenti və Dövlət Departamenti tərəfindən hazırlanıb.

SEVIS bütün F, M, J ziyarətçilər və onların ailə üzvləri haqqında cari və dəqiq məlumatları saxlayır. Məktəblər (universitetlər, kolleclər, institutlar) məcburi məlumatları SEVIS vasitəsilə bütün əlaqəli ABŞ dövlət orqanlarına ötürür.

SEVIS haqqını ödəmədən siz F-1 vizası üçün müraciət edə bilməzsiniz.

Tələb olunan ödəniş: USD 200

Ödəniş üsulu: http://www.fmjfee.com ünvanında kredit kartı ilə

Addım 2: HDFC Bankında viza haqqını ödəmək

Siz təsdiq olunmuş HDFC Bankında viza üçün müraciət haqqını ödəməlisiniz. Viza haqqı həmçinin MRV (Machine Readable Visa) haqqı da adlanır.

Tələb olunan ödəniş: USD 140 + VFS INR 374

Ödəniş üsulu:

  • Nağd
  • Barat vekseli
  • HDFC bank çeki

Viza ödənişinin qəbul edilməsi haqqında çekdə üzərində identik nömrə olan ştrix kod yarlığı olacaqdır və onu etibarlı bir yerdə saxlamaq lazımdır. Ştrix kod nömrəsi ödəniş tarixindən sonra iki iş günü müddətində aktivləşdiriləcəkdir.

Addım 3: Viza üçün müraciət formasını doldurmaq

Sizin F-1 vizanız üçün müraciət forması onlayn şəkildə VFS vebsaytı vasitəsilə doldurulur. Siz aşağıdakı formanı doldurmalısınız:

  • DS -160

Siz həmçinin cari (son 6 ay ərzində çəkilmiş) pasport ölçülü 50mm X 50mm (2" x 2") ağ fonlu şəkil də göndərməlisiniz.

Siz viza üçün müraciət formasının sonundakı üzərində ştrix kod olan təsdiq səhifəsini çap etməlisiniz.

Addım 4: Viza müsahibəsi üçün görüş vaxtı almaq

Sizin viza ödəniş çekinizdə (MRV Fee) olan ştrix kod nömrəsi aktivləşdikdən sonra siz bundan VFS vebsaytına daxil olmaq və ABŞ səfirliyində görüş vaxtı almaq üçün istifadə edə bilərsiniz.

Addım 5: Viza müsahibəsinə getmək

Viza müsahibəsi günü təyin olunmuş vaxtdan 30 dəqiqə əvvəl ABŞ səfirliyində müvafiq qapıya yaxınlaşın. Siz IDP məsləhətçinizin verdiyi siyahıda göstərilmiş bütün sənədləri özünüzlə götürməlisiniz.

F-1 Visa (Student Visa) üçün tələb olunan sənədlərin siyahısı:

  • Pasport (ən azı 6 ay etibarlılıq müddəti tələb olunur)
  • Şəkil (cari olmalıdır)
  • VFS müsahibənin təyin olunması haqqında məktub
  • DS-160 (Üzərində ştrix kod olan təsdiq səhifəsi)
  • Viza üçün müraciətə görə HDFC ödəniş çeki
  • SEVIS ödəniş çeki
  • I-20
  • Təqaüd məktubu
  • Maliyyə sənədləri
  • Akademik sənədlər
  • Test qiymətləri
  • İş təcrübəsi haqqında sertifikatlar
  • Digər aidiyyətli sertifikatlar

Addım 6: Kuryer vasitəsilə pasportun qaytarılması

ABŞ səfirliyindəki viza məmuru müsahibədən sonra sizin pasportunuzu özündə saxlayacaqdır.  Sizin müraciətinizlə bağlı qərar qəbul edildikdən sonra  ABŞ səfirliyi  sizin pasportunuzu VFS-yə çatdıracaq, o da öz növbəsində yeddi iş günü ərzində pasportunuzu müraciət formasında göstərilən ünvana göndərəcəkdir.

Sizin fərdi IDP məsləhətçiniz əvvəldən axıra qədər sənədlərin yığılması, formaların doldurulması və ABŞ səfirliyində viza məmuru ilə müsahibəyə hazırlıqda sizə yardım edəcəkdir.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri