Tələbə xidmətləri

Siz Kanadada hansı proqramın sizin karyera yolunuz üçün daha uyğun olduğunu bilmək istəyirsiniz?

·         Öz müraciət formanızı hazırlamaqda kiminsə sizə kömək etməsini istərdiniz?

·         Kanadaya viza müsahibəsi haqqında düşünəndə təlaşa düşürsünüz?

·         Təhsil proqramını bitirdikdən sonra Kanadada iş imkanları barədə bilmək istəyirsiniz?

40 ildən artıq beynəlxalq təhsil liderliyinə malik olan IDP Education beynəlxalq tələbə qəbulunda qızıl standartdır.

IDP məsləhətçiniz sizə diqqətlə qulaq asaraq sizin təhsil və karyera ilə bağlı arzularınızı başa düşməyə çalışır. Kanadada mövcud olan çoxlu sayda təhsil proqramları barədə məlumat verdikcə, məsləhətçiniz sizi istiqamətləndirəcək və məsləhətlər verəcəkdir.

Bizim xüsusi tələbə xidmətlərimizə aşağıdakılar daxildir:

  • Tələbənin ehtiyaclarının müəyyənləşdirilməsi və məsləhətlərin verilməsi
  • Ali təhsil müəssisələrinin seçilməsi
  • Sənədlərin hazırlanması
  • Sənədlərin nəzərdən keçirilməsi və sənədin hansı mərhələdə olmasının izlənilməsi
  • Viza qaydaları və sənədləşdirmə ilə bağlı təlimatlar
  • Viza üçün sənədlərin hazırlanmasında yardım
  • Səfər öncəsi oriyentasiya

Tələbənin ehtiyaclarının müəyyənləşdirilməsi

Bizim ofisə gəldiyiniz zaman Kanadanın təhsil sistemi barədə məlumat alacaqsınız. Sonra sizin məsləhətçiniz ətraflı şəkildə sizin təhsil profilinizi, iş təcrübənizi, əlavə sosial və idman fəaliyyətlərində iştirakınızı qiymətləndirəcəkdir. Bu zaman siz büdcə məhdudiyyətləriniz, üstünlük verdiyiniz şəhər, təhsillə bağlı maraqlarınız və karyera məqsədləriniz barədə məsləhətçinizə məlumat verməlisiniz. Bu, məsləhətçiyə imkan verəcək ki, kvalifikasiyanıza, arzu və ehtiyaclarınıza uyğun gələn universiteti sizə təklif etsin. 

Kurs və təhsil müəssisəsinin seçilməsi

Təhsil sahəsi ilə bağlı qərar qəbul etdikdən və öz istəklərinizi açıqladıqdan sonra, məsləhətçiniz sizin ehtiyac və tələblərinizə uyğun gələn ən yaxşı ali təhsil müəssisələrinin siyahısını hazırlayacaq.  Məsləhətçiniz ali təhsil müəssisəsi, proqramın məzmunu və qəbul şərtləri barədə də sizə məlumat verəcəkdir. Siz bütün bu məlumatları ətraflı şəkildə təhlil etdikdən sonra qəbul olmaq istədiyiniz universiteti seçə biləcəksiniz. Sizin daha rahat qərar qəbul edə bilməyiniz üçün məsləhətçiniz əlavə məlumatlar da verə bilər.

Sənədlərin hazırlanması

Məsləhətçiniz sənədlərin hazırlanmasında sizə yardımçı olacaq. Məqsəd bəyanatı, esse və tövsiyə məktublarının hazırlanması ilə bağlı faydalı məsləhətlər alacaqsınız. Məsləhətçiniz qəbul imtahanları və ərizələrin son verilmə tarixi barədə də sizə məlumat verəcəkdir.

Sənədlərin nəzərdən keçirilməsi və müraciətin hansı mərhələdə olmasının izlənilməsi

Ərizələrin nəzərdən keçirilməsi prosesi müxtəlif universitetlərdə və əyalətlərdə fərqli şəkildə həyata keçirilir. Məsləhətçiniz sizin müraciətlə bağlı proses haqqında məsləhətlər verəcək və müraciət sənədlərinin son qəbul tarixinədək göndərilməsini təmin edəcək. Bununla yanaşı məsləhətçi ərizənizin nəzərdən keçirilməsi prosesi ilə maraqlanacaq və universitet tərəfindən tələb olunan əlavə sənədlər barədə məlumat verəcək.

Universitetin qəbulla bağlı təklifini aldıqdan sonra, məsləhətçiniz tam qəbul üçün zəruri olan sənədlərin hazırlanmasında sizə kömək edəcək və təhsil haqqının ödənilməsi ilə bağlı məsləhət verəcək.  

Viza qaydaları və sənədləşməyə dair təlimatlar

Məsləhətçiniz viza ilə bağlı qaydaları izah edərək viza üçün sənədlərin toplanılmasında sizə yardım edəcəkdir. Viza üçün ərizə formalarının doldurulması ilə bağlı zəruri məsləhətləri də alacaqsınız.

Viza üçün müraciətlə bağlı dəstək

Kanada üçün viza (tələbə icazəsi) prosesi müxtəlif ölkələrdə fəaliyyət göstərən VFS Kanada ofisləri vasitəsilə həyata keçirilir. Məsləhətçiniz proseslə bağlı sizə məsləhətlər verərək, sizin zəruri ödəmələri etməyinizi, tibbi müayinədən keçməyinizi, Kanada Ali Komissiyasının tələb etdiyi sənədlərin hazırlanaraq təqdim olunmasını təmin edəcəkdir.

Səfər öncəsi oriyentasiya

Siz özünüzü Kanadada tələbə həyatına hazırlamalısınız. Məsləhətçiniz sizin səfər öncəsi hazırlıqda iştirakınızı təmin edərək, sizə həyatınızda baş verən dəyişikliklə bağlı kömək edəcək və Kanadada elmi, sosial və mədəni həyat tərzinə sizi hazırlaşdıracaqdır. Siz xarici valyuta, sığorta, tibbi tələblər və proqramınız üçün onlayn qeydiyyat ilə bağlı praktik məsləhətlər alacaqsınız.

Bizim çox təcrübəli məsləhətçilərimiz nüfuzlu Kanada universitetlərində təhsil almaq arzunuzu reallaşdırmaqda sizə kömək edəcəklər!

Bizim fərdi məsləhətçilərimiz bu prosesin hər bir mərhələsində sizi istiqamətləndirmək üçün zəruri məsləhətlər verəcəklər.

 

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri