Təhsil Sistemi

Kanadanın təhsil sistemi

Kanada 10 əyalət və 3 ərazidən ibarət federasiyadır. Kanada konstitusiyasına görə əyalət hökumətləri təhsilin hər üç səviyyəsində  eksklüziv məsuliyyət daşıyır. Federal səviyyədə heç bir təhsil nazirliyi və ya departamenti yoxdur.

Kanadanın üç ərazisi - Yukon, Şimal-Qərb əraziləri və Nunavut - əyalətlərlə eyni konstitusional status daşımırlar, lakin təhsil sistemində federal hökumət bu məsuliyyəti ərazi hökumətlərinə həvalə etmişdir və bunlar ali təhsilin təmin olunmasında əyalətlərlə əməkdaşlıq edirlər.

Ali təhsil səviyyəsində Kanada bir sıra təhsil müəssisələri təklif edir:

  • Universitetlər
  • Universitet kollecləri
  • İcma kollecləri
  • Karyera kollecləri və ya texniki institutlar

Universitetlər

Kanadada ölkənin bütün hissələrində bir çox universitetlər fəaliyyət göstərir. Kanada universitetləri əsasən dövlət tərəfindən maliyyələşdirilir; nəticə olaraq onlar universitetin harada yerləşməsindən və təhsil aldığınız sahədən asılı olmayaraq davamlı olaraq yüksək keyfiyyət təmin edir. Universitetlər yüksək dərəcəli akademik muxtariyyəti qoruyub saxlayırlar.

Onlar geniş kurs seçimi və bakalavr dərəcəsindən doktorluğa qədər bütün dərəcələri təklif edirlər və həmçinin sertifikat və peşəkar dərəcələr təklif edə bilərlər. Universitetlərdə təhsil haqları əyalətdən, institutdan və təhsil proqramından asılı olaraq fərqlidir.

Kanada universitetləri tədris və tədqiqat keyfiyyətinə görə beynəlxalq səviyyədə tanınır.

Universitet kollecləri

Universitet kollecləri Kanadanın universitet və kollec ənənələrini özündə birləşdirir və universitet mühitində təklif olunan güclü tətbiqi və akademik proqram bazasına malikdir. Universitet kollecləri tələbələrə akademik yönümlü universitet dərəcə proqramları və daha çox praktiki yönümlü kollec diplom və sertifikatları daxil olmaqla geniş proqram seçimi təklif edir.

Kanadanın kollec sisteminin bir hissəsi olan universitet kollecləri tələbələrə dəstək üzrə öz güclü xidmətləri, kiçik sinifləri və ciddi universitet mühiti ilə seçilir. Onlar həmçinin kombinə edilmiş dərəcə/diplom proqramları və universitet transfer proqramları da təklif edə bilərlər.

İcma kollecləri

İcma kolleclərinin ilkin funksiyası biznes, sənaye və kommunal xidmət sektorunun təlim ehtiyaclarını qarşılamaqdır. Onlar həmçinin orta məktəbi bitirmiş peşə oriyentasiyalı məzunların, iş axtaran universitet tələbələrinin təhsil ehtiyaclarına, eləcə də yetkin əhalinin “ömür boyu öyrənmə” tələblərinə cavab verir. Onlar əmək bazarında yüksək dərəcədə yararlı olan 1ildən 3 ilə qədər peşəkar proqramlar (çox vaxt iş müddəti daxil olmaqla) təklif edirlər.

Bəzi icma kollecləri tələbələrə dörd illik universitet proqramının ilk iki ilinə paralel olan kursları keçməyə imkan verən universitet transfer proqramları təklif edirlər. Bununla belə tələbələr dörd illik proqramın son iki ilini tamamlamaq üçün universitetə qəbul üçün müraciət etməlidirlər. 

Karyera kollecləri və texniki institutlar

Karyera kollecləri və texniki institutlar özəl təhsil müəssisələridir və bunlar qısa müddətə tələbələri əmək bazarında tələb olunan praktiki bacarıqlarla təmin edən təlim proqramları təklif edirlər. Bu müəssisələr əyalət səviyyəsində təsdiqlənir və tənzimlənir, bu da onların tələb olunan keyfiyyət standartlarına cavab vermələrini təmin edir.

Multimedia, kino sənəti, kompüter/internet, qrafik dizayn və qonaqpərvərlik və sair sahələrdə qısa-müddətli təlim proqramından keçmək istəyən tələbələr karyera kolleclərinə müraciət edirlər. Bu müəssisələrdə əsas diqqət praktiki bacarıqlara yönəldilir və bunlardan bəziləri biznes, kompüter və katibəlik bacarıqları kimi spesifik bir sahədə ixtisaslaşa bilər. Karyera kollecləri yüksək dərəcədə rəqabətli təhsil haqqı strukturuna malikdirlər.

Kvalifikasiyaların növləri

Sertifikat

Bu, adətən bir il davam edən proqram uğurla bitirildiyi zaman verilən kvalifikasiyadır. Adətən bu proqramlar kolleclər tərəfindən təklif olunur.

Diplom

Bu, adətən bir-iki il davam edən proqram uğurla bitirildiyi zaman verilən kvalifikasiyadır.  Adətən bu proqramlar kolleclər tərəfindən təklif olunur.

Bakalavr dərəcəsi

Bu proqram üç və ya dörd illik təhsil uğurla bitirildiyi zaman verilən kvalifikasiyadır.  Bu proqramlar adətən universitetlər tərəfindən təklif olunur.

Bakalavr dərəcəsi (Fərqlənmə)

Bu proqram fərqlənmə fənnində yüksək dərəcədə konsentrasiyanı və akademik nailiyyətin daha yüksək səviyyəsini özündə birləşdirir. Bəzi universitetlərdə fərqlənmə dərəcəsi üçün əlavə təhsil ili tələb oluna bilər.

Magistr dərəcəsi

Bu dərəcə iki illik təhsilin uğurla tamamlanmasından sonra verilir. Bu proqramlar universitetlər tərəfindən təklif olunur və burada kurs işi və tədqiqatın kombinasiyası mövcud ola bilər.

Doktorluq və ya Ph.D.

Bu proqram dörd ildən yeddi ilə qədər davam edə bilən təhsilin uğurla bitirilməsi zamanı verilən ən yüksək kvalifikasiyadır. Proqrama müəyyən kurs işləri daxildir, lakin bunlar ilkin olaraq verilmiş müəyyən tezis və ya tədqiqata əsasən qiymətləndirilir. Dərəcə əsasən Ph.D. kimi bilinir; hərçənd, doktorluq dərəcələri həmçinin musiqi (DMus) və ya hüquq (LLD) kimi spesifik bir sahə üzrə də verilə bilər.

Akademik il

Akademik il adətən Sentyabrda başlayır və Mayda bitir. Hər akademik il normal olaraq iki semestrdən ibarətdir, ikinci semestr Yanvarda başlayır. Bəzi təhsil müəssisələrində trimestr sistemi vardır və burada akademik il üç semestrdən ibarət olduğu üçün Yanvarda və Mayda başlayan bir neçə qəbul təklif olunur.

Məhdud sayda ixtisaslaşmış proqram Mayda başlayan yay sessiyasında təklif olunur.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri