7 Asan Addım

Öz IDP Məsləhətçinizlə görüşün – Daha yaxşı universitetə qəbul olun!

IDP tələbələrin Kanadada təhsil almaq arzularını reallaşdırmaq üçün onlara kömək və bələdçilik etməyə çalışır. Biz bilirik ki, müraciət prosesi çətin və mürəkkəb ola bilər və buna görə də bizim  məsləhətçilərimiz birinci addım olan fərdi məsləhətləşmədən ta sizin Kanadaya getməyinizə qədər sizə dəstək olacaqlar.

Biz sizin Kanadada təhsil imkanlarını araşdırdığınız zaman bələdçilik və dəstəyə olan ehtiyacınızı başa düşürük. Bizim peşəkarlığımız sizin tələbə olaraq keçməli olduğunuz bütün proses boyunca ən yaxşı dəstək və məsləhəti almağınızı təmin edəcəkdir. Ən əsası isə, bütün bu proses boyunca sizin öz fərdi IDP məsləhətçiniz olacaqdır.

 

Proqramın və təhsil müəssisəsinin seçilməsi

Sizin məsləhətçiniz sizə Kanadanın təhsil sistemi haqqında bütün lazımi məlumatları verəcəkdir. Bundan sonra sizin məsləhətçiniz sizin akademik profilinizin, iş təcrübənizin, əlavə fəaliyyətlərinizin, büdcə məhdudiyyətlərinizin, proqram və kursla bağlı tələblərinizin və karyera məqsədlərinizin təfsilatlı təhlilini həyata keçirəcəkdir. Sizin kvalifikasiyalarınızı və ehtiyaclarınızı diqqətlə nəzərdən keçirdikdən sonra məsləhətçiniz sizə öz akademik profilinizə, şəxsiyyətinizə və karyera məqsədlərinizə ən çox uyğun gələn təhsil müəssisəsini tövsiyə edəcəkdir. Onun təklif edəcəyi seçimlərin sizin təhsil və karyera arzularınıza cavab verəcəyinə təminat verilir.

Tələb olunan imtahanların verilməsi ( GRE, GMAT, IELTS )

Kanadada bəzi proqramlar sizin müraciətinizin qiymətləndirilməsi prosesinin bir hissəsi kimi qəbul testindən keçməyinizi tələb edə bilər. sizə öz profilinizə və qəbul tələblərinə əsasən hansı imtahanı verməli olduğunuzu tövsiyə edəcəkdir.  İmtahan nəticəsini aldıqdan və bu, sizin istədiyiniz təhsil müəssisələrinə göndərildikdən sonra məsləhətçiniz sizin bütün sənədlərinizin qaydasında olduğundan əmin olmaq üçün universitetlə əlaqə saxlayacaqdır.

Müraciətin göndərilməsi

Sizin məsləhətçiniz müraciət üçün tələb olunan sənədləri hazırlamaqda və müraciət formasını doldurmaqda sizə kömək edəcəkdir. Sizə uğurlu müraciət üçün vacib olan effektiv məqsəd bəyanatının, essenin və qaralama tövsiyə məktublarının yazılması üzrə faydalı məsləhətlər veriləcəkdir –bunların hamısı uğurlu müraciətə öz töhfəsini verir. Sizin məsləhətçiniz həmçinin hər mərhələdə sizin müraciətinizin necə irəlilədiyini və son icra tarixlərini izləyəcəkdir.

Təklif məktubunun alınması

Təklif məktubunu aldıqdan sonra sizin məsləhətçiniz sizə qəbul üçün son tarixlər və əlavə sənədləşmə tələbləri üzrə bələdçilik edəcəkdir.

Təhsil haqqının ödənilməsi və qəbul məktubunun alınması

Sizin məsləhətçiniz sizə universitetdə yerinizin saxlanmasını təmin etmək və qəbul məktubunu almaq üçün ilkin olaraq təhsil haqqının bir hissəsinin ödənilməsi üzrə bələdçilik edəcəkdir. Sizin məsləhətçiniz universitetdən ödəniş haqqında çeki və şərtsiz qəbul məktubunu almaq üçün sizə kömək edəcəkdir.

Tələbə icazəsi (Viza) üçün müraciət məqsədilə sənədlərin hazırlanması

Sizin məsləhətçiniz sizə viza ilə bağlı tələblər haqqında məlumat verəcək və viza faylını doldurmaqda sizə kömək edəcəkdir. Siz həmçinin müvafiq viza müraciəti üçün ödənişin edilməsi və Kanadanın müraciətlərin göndərilməsi üzrə bürosu olan VFS ilə görüş vaxtı almaqla bağlı dəstək əldə edəcəksiniz.

Kanadada təhsil almaq və yaşamaq üçün hazırlıq

Sizin IDP məsləhətçiniz sizin üçün səfər öncəsi hazırlıq tədbiri təşkil edəcəkdir ki, burada Kanada təhsil ekspertləri sizə Kanadada akademik, sosial, mədəni və idman həyatı haqqında danışacaqlar. Bundan əlavə siz valyuta mübadiləsi, yaşayış yeri, sığorta, tibbi tələblər və onlayn qeydiyyat kimi mühüm məsələlər haqqında lazımi məlumatları əldə edəcəksiniz.

İnteraktiv Xəritələr

Tələbə Xidmətləri